İKT

Vahid məlumat portalının yaradılması
15 SENTYABR
133

Vahid məlumat portalının yaradılması

2017-09-15 10:16:00

Azərbaycan Respublikası Iqtisadiyyat Nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmicraçı şöbələr müəyyən olunmuşdur.

Fins.az xəbər verir ki, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmicraçı dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmicraçı dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq işçi qruplar yaradılmışdır.

Sahibkarlığın inkişafı, bu sahədə operativliyin əldə olunması, elektron xidmətlərə keçid və müxtəlif məlumat mənbələrinə çıxışın sadələşdirilməsi məqsədilə vahid məlumat portalının yaradılması istiqamətində müvafiq işlər görülmüşdür.
Belə ki, sahibkarlıq sahəsində xarici ölkələrdə mövcud olan portallar, o cümlədən onların vasitəsilə sahibkarlara göstərilən məlumatlandırılma və maarifləndirilmə,  elektron   qeydiyyat   və   digər   elektron xidmətlər araşdırılmış, 6 ölkənin – Gürcüstan (http://enterprisegeorgia.gov.ge/),  Yunanıstan (http://www.enterprisegreece.gov.gr), ABŞ (http://www.enterpriseal.gov/), Hindistan http://myenterprisewb.in/home), Avstraliya (https://abr.gov.au)  və  Türkiyənin (http://www.kosgeb.gov.tr/) təcrübəsi öyrənilmişdir və bu istiqamətdə işlər davam etdirilir. Həmçinin, sözügedən ölkələrin portallarında təmin edilən elektron xidmətlərin və öz əksini tapan məlumatların ölkəmizdə yaradılacaq portalda nəzərə alınması və onun tətbiqinin effektivliyi ilə bağlı işçi qaydasında müzakirələr aparılmış,  portal vasitəsilə göstəriləcək xidmətlər, veriləcək informasiya, maarifləndirmə, inteqrasiya məsələləri, vahid məlumat portalına aid məlumatlar (portalın adı, internet səhifəsindən giriş adı, idarəolunması, istifadə zamanı mənfi və müsbət tərəflər və s.) barədə ilkin təkliflər hazırlanmışdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0296
  • ₽ RUB
    0.0295