İKT

“iPhone”un “məxfi” modelinin adı məlum oldu
11 SENTYABR
231

“iPhone”un “məxfi” modelinin adı məlum oldu

2017-09-11 18:19:00

Proqram təminatı tərtibatçısı Stiv Trouton-Smit “Apple” şirkətinin üç perspektivli “iPhone” smartfonunun modelinin necə adlandırılacağını müəyyən edə bilib. 

Fins.az-ın İKT.lent.az-saytına istinadən verdiyi məlumata görə, müvafiq məlumatı Trouton-Smit “Golden Master iOS 11” mobil əməliyyat sisteminin tərtibat hissələrində aşkar edib.

Əgər “iPhone 8” və “iPhone 8 Plus” kimi adlar xüsusi təəccüb yaratmırsa, bu siyahıdakı üçüncü model olduqca böyük maraq doğurub. Cihazın adındakı “X” hərfi onuncu və “məxfi” hesab edilə bilər. 
 
“Bloomberg” agentliyi xəbər verir ki, bu premium model digərlərindən dizaynı ilə fərqlənəcək. Həmçinin onun ekran tipi fərqli olacaq, yaxşılaşdırılmış kameraları və smartfonun blokdan çıxarılması üçün üzün həcmli skan edilməsi mümkün olacaq. 
 
“Apple” şirkətində kütləvi informasiya vasitələrinə sızmış məlumata şərh verməkdən imtina ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293