İKT

“YouTube”da “Android” sistemli qurğular üçün yeni funksiya istifadəyə verilib
11 SENTYABR
239

“YouTube”da “Android” sistemli qurğular üçün yeni funksiya istifadəyə verilib

2017-09-11 13:54:00

“YouTube”da “Android” sistemli qurğular üçün yeni funksiya istifadəyə verilib.

Fins.az xəbər verir ki, bir sıra “Android” smartfon istehsalçıları son qabaqcıl modelləri “High Dynamic Range” (HDR) rejimini dəstəkləyən ekranlarla təchiz etməyə başlayıb. Problem isə funksiyanın “Netflix” və oxşar servislər kimi yalnız bir neçə proqram tərəfindən dəstəklənməsindən ibarətdir. Bundan başqa, HDR rejimini dəstəkləyən kontent indiyədək çox azdır və ya onun üçün ödəniş etmək tələb olunur. Lakin “YouTube” servisinin son yenilənməsi “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən bəzi smartfonlara HDR rejimini dəstəkləyən videodan istifadəyə imkan verir.

HDR funksiyasını dəstəkləyən videonun üstünlüklərini “Samsung Galaxy S8”, “Galaxy S8 Plus”, “Galaxy Note 8”, “LG V30”, “Sony Xperia XZ Premium”, “Google Pixel” və “Pixel XL” qurğularının sahibləri qiymətləndirə bilərlər. Hazırda “YouTube”da yeni funksiyanı yalnız qeyd edilən qurğular dəstəkləyir. Funksiyadan, həmçinin “Samsung Galaxy Tab S3” və “LG G6” qurğularında istifadə gözlənilir.

Qeyd edək ki, “YouTube” servisində hazırda “HDR” rejimini dəstəkləyən videoya az rast gəlinir.

©Azərtac

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285