İKT

Danışan Amazon dronları yaradılacaq
07 SENTYABR
95

Danışan Amazon dronları yaradılacaq

2017-09-07 14:30:00

"Amazon" şirkəti danışan uçan aparatların yaradılmasına patent hüququ əldə etmək üçün ABŞ Patent və Əmtəə Nişanları Bürosuna müraciət edib.

Fins.az bildirir ki, patentə görə, "Amazon" dronları informasiya tələb etmək və ya sualları cavablandırmaq üçün yaxınlıqdakı insanla səsli dialoq qura biləcək. Həll təkcə təhlükəsizlik məqsədilə deyil, müştərilərin rahatlığı üçün faydalı olacaq. Məsələn, danışan uçan aparatdan çatdırılmanı başqa vaxta keçirməyi xahiş etmək mümkün olacaq.  

Bundan başqa, patentdə qeyd olunur ki, dron insandan ona sifariş verməzdən əvvəl identifikasiyadan keçməyi tələb edəcək.

Məlumata görə, "Amazon" hazırda dronlarla çatdırılmanın səhvsiz yerinə yetiriləcəyinə zəmanət verə bilmir. Belə ki, patentdə aparatın enerjisinin tükənə, nə iləsə toqquşa və ya çaşqınlıq vəziyyətinə düşə bilməsi göstərilir. Danışmaq imkanı sayəsində dron yaxınlıqdakı insandan lazımi əməliyyatların yerinə yetirilməsini (dronun olduğu yer barədə məlumat vermək, onun yerini dəyişmək, açmaq, idarəetmə mərkəzinə və ya enerjidoldurma yerinə göndərmək) xahiş edəcək.

©Milli.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293