İKT

Artıq 400 giqabaytlıq məlumatı dırnaq ölçüsündə yaddaş karta yerləşdirmək olar
06 SENTYABR
232

Artıq 400 giqabaytlıq məlumatı dırnaq ölçüsündə yaddaş karta yerləşdirmək olar

2017-09-06 11:58:00

Artıq 400 giqabaytlıq məlumatı dırnaq ölçüsündə yaddaş karta yerləşdirmək olar.

Fins.az xəbər verir ki, fləş yaddaş və daşıyıcılar sahəsində öz həlləri ilə tanınan ABŞ-ın “SanDisk” şirkəti 400 giqabayt tutumunda yaddaşa malik “microSD” kart təqdim edib.

Müqayisə üçün bildirilir ki, 400 giqabayt tutumunda informasiyanı yadda saxlamaq üçün 285 min ədəd 3,5 düymlük disket lazımdır. Əgər bu disketləri bir-birinin üzərinə qoysaq, onda 10 kilometr hündürlüyündə sütun yaranar. “SanDisk” şirkəti yeni kartına 10 il müddətinədək zəmanət verir.

Məlumatların ötürülmə sürəti saniyədə 100 meqabayt təşkil edir. Dırnaq ölçüsündə kartın qiyməti 250 dollardır.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293