İKT

“Google” və “Facebook”dan yeni proqram təminatı yaradıblar
30 AVQUST
226

“Google” və “Facebook”dan yeni proqram təminatı yaradıblar

2017-08-30 11:03:00

“Google” və “Facebook”un mühəndisləri mobil qurğularda artırılmış reallıqla işləmək üçün proqram təminatı yaradıblar.

Fins.az  xəbər verir ki, “8th Wall” şirkəti tərəfindən təqdim edilmiş dünyada ilk artırılmış reallıq platforması həm “iOS”, həm də “Android” sistemli qurğularda işləyir. Həmçinin “ARKit” (“Apple”) və “Tango” (“Google”) ilə inteqrasiya olunur. “8th Wall XR” adlı pulsuz plaqin istənilən smartfonda işləyir.

“8th Wall” şirkəti “Google” və “Facebook”un keçmiş mühəndisləri tərəfindən təsis edilib. Startapın yaradıcıları artırılmış reallıq proqramlarını smartfon sahiblərinin 90 faizi üçün əlçatan etməyə çalışırlar. Startapın nümayəndələri, həmçinin bildiriblər ki, “Norwest”, “Betaworks”, “VR Fund”, “SV Angel” və başqa şirkətlərdən 2,4 milyon məbləğində investisiya cəlb ediblər.

“8th Wall”ın “XR” plaqini artırılmış reallıq obyektlərinin real dünyaya daha yaxşı uyğunlaşması üçün qurğuya işığın istiqaməti və səthin strukturunu müəyyənləşdirməyə imkan verir.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285