İKT

Qəbir axtarmaq üçün mobil proqram yaradılacaq
29 AVQUST
174

Qəbir axtarmaq üçün mobil proqram yaradılacaq

2017-08-29 11:23:00

Rusiyanın Novosibirsk şəhərində məzarları axtarmaq üçün mobil proqram əlavəsi yaradılacaq.
Bu barədə Novosibirsk şəhər meriyasının sənaye, innovasiyalar və sahibkarlıq departamentinin sədr müavini Vitali Vituxin bildirib. “Ümid edirəm ki, bu ilin sonuna qədər şəhərimizin hər bir sakini internetə çıxışı olan cihazların köməyi ilə istənilən şəxsin məzarını asanlıqla tapa biləcək. İnsanların dəfn edildiyi olunduğu yer ekranda əks olunacaq. Məzara aparan bütün yollar və cığırlar aydın görünəcək”, - deyə V. Vituxin söyləyib.  
   
”Ritual” adlanan layihənin dəyəri 1,2 milyon rubl həcmində hesablanıb. Məmurların sözlərinə görə, bu sistemin Rusiyada analoqu yoxdur.

©Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294