İKT

İsveçrə mini-kompüter təqdim edir
25 AVQUST
315

İsveçrə mini-kompüter təqdim edir

2017-08-25 11:00:00

İsveçrənin "Prime Computer" şirkəti "PrimeMini 3" mini-kompüterinin 1 milyon dollar məbləğində olan xüsusi versiyasını çıxarıb.

Bu mini-kompüter "Intel Core i5-6260U" prosessoru, daxili "Intel Iris Graphics 540" qrafik sürətləndiricisi, 8 giqabaytlıq "DDR4" əməli yaddaşı, 250 giqabaytlıq "Samsung EVO" SSD diski, "Wi-Fi 802.11ac", "Bluetooth" ilə təchiz edilib və "Windows 10 Home" sisteminin idarəetməsi ilə işləyir.

Mini-kompüterdə şirkətin bütün məhsullarında tətbiq edilmiş ventilyatorsuz soyutma texnologiyasından istifadə olunur. İstehsalçı "PrimeMini" 3 kompüterinin xüsusi versiyasını 18 karatlıq qızıldan hazırlanmış korpusla təchiz edib. Məhz bu səbəbdən mini-kompüterin qiyməti 1 milyon dollar təşkil edir.

Şirkət belə kompüterin istehsalı üçün 500 min dollar dəyərində qızıldan istifadə edir. 10 ədəd qızıl "PrimeMini 3" mini-kompüteri istehsal ediləcək. Bu kompüterlər Birləşmiş Ərəb Əmirlikləri və Rusiyadan olan müştərilər üçün nəzərdə tutulub.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285