İKT

Instagram şərhlərinə foto, video əlavə etmək özəlliyi və digər yeniliklər gəldi
21 AVQUST
219

Instagram şərhlərinə foto, video əlavə etmək özəlliyi və digər yeniliklər gəldi

2017-08-21 10:58:00

Bir neçə gün bundan öncə Instagram-dakı şərhlər bölməsi öz təsvirini dəyişmişdi. Yenilənmiş şərh bölməsi çox rahat şəkildə reallaşdırılıb. Bundan sonra kimsə sizin şərhinizə cavab versə, həmin cavab, bildiriş siyahısına deyil, ismarıclar bölməsinə bərkidilir. Bundan əlavə olaraq şərhlərə cavab olaraq foto və video da əlavə etmək imkanı var. Həmçinin istifadəçilər bundan sonra Direct-də hər hansısa bir ismarıcı digər insana göndərə bilərlər.

“Bundan sonra sizin cavabınız avtomatik olaraq təsvirləri özündə birləşdirəcək. Sadəcə olaraq cavablandırmaq düyməsinə klik edərək kameraya daxil olun və selfie çəkərək onu ismarıcınıza birləşdirin” – deyə Instagram-ın rəsmi blogunda qeyd olunub. Daha bir yenilik isə ondan ibarətdir ki, istifadəçilər bundan sonra öz fotolarını müxtəlif təsvirlərlə birləşdirə, onlara effektlər əlavə edə biləcəklər. Instagram-a gələn bu yeniliklər həm Android, həmdə iOS sistemləri üçün aktivdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289