İKT

Yeni “iOS 11” əməliyyat sistemi istifadəçilərin fərdi məlumatlarını daha yaxşı mühafizə edəcək
09 AVQUST
116

Yeni “iOS 11” əməliyyat sistemi istifadəçilərin fərdi məlumatlarını daha yaxşı mühafizə edəcək

2017-08-09 14:44:00

“Apple” şirkətinin mühəndisləri “iOS 11” sistemində şəkil saxlancı ilə işləmək üçün yeni mexanizm (“write-only”) hazırlayıblar.

Fins.az xəbər verir ki, bu mexanizm mobil tətbiqləri tam giriş əvəzinə yalnız informasiyanı yazmaq hüququ ilə təmin etməyə imkan verir. “Apple” istifadəçilərin fərdi informasiyasını hakerlər üçün əlçatmaz edir. İndi mobil proqram şəkli yadda saxlamaq üçün şəkil saxlancına tam giriş hüququna malik olmalıdır.

Həmin funksiyadan istifadə telefona qurulan mobil proqramın tərtibatçısı tərəfindən zəruri hesab edildiyi halda məqsədəuyğundur. Bu səbəbdən “Apple” şirkəti qurğuya yüklənilən əlavə mobil proqramların seçiminə diqqətlə yanaşmağı tövsiyə edir.

Yeni “iOS 11” sistemində istifadəçilərin mobil proqramlar üzərində idarə etmə imkanları genişləndirilib. “iOS 10”dan fərqli olaraq yeni əməliyyat sistemində istifadəçi mobil proqramı tam giriş və ya yalnız informasiyanı yazmaq hüququ ilə təmin etməyi özü təyin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288