İKT

Adidas minlərlə əməkdaşını robotla əvəz edəcək
09 AVQUST
128

Adidas minlərlə əməkdaşını robotla əvəz edəcək

2017-08-09 11:22:00

Adidas şirkəti fabriklərin əməkdaşlarını robotlarla əvəz edəcək.

Fins.az xəbər  verir ki,  Sewbot adlı mexanizm geyim istehsalı ilə məşğul olacaq.

Sözügedən mexanizm yumşaq parçanın kəsik-küsüklərini tikmək üçün kamera və robotlardan istifadə edir. Bundan əvvəl bu əməliyyatları avtomatlaşdırmaq mümkün deyildi, amma SoftWear Automation tərəfindən yaradılmış mexanizm bu əməliyyatları insanlardan daha yaxşı yerinə yetirir.
"Robotlar geyimin detalını tikməzdən əvvəl parçanın vəziyyətini müəyyənləşdirmək üçün kamera və iynələr kombinasiyasından istifadə edir və bunu insan gözündən daha dəqiq yerinə yetirirlər" – şirkətin rəsmi saytında deyilir.
Sistem bir futbolkanı 22 saniyəyə tikir. Robot “Adidas” şirkəti üçün gün ərzində 800 min mayka hazırlayacaq. Beləliklə, istehsal şirkətə daha ucuz başa gələcək. Bütövlükdə 21 istehsal xətti tikiləcək. 

© Xeberler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287