İKT

“YouTube” servisində video paylaşmaq üçün daxili çat istifadəyə verilib
08 AVQUST
142

“YouTube” servisində video paylaşmaq üçün daxili çat istifadəyə verilib

2017-08-08 16:03:00

“YouTube” video xidmətinin komandası “iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün mobil proqramda yeni imkan istifadəyə verib. Yeniləmə nəticəsində istifadəyə verilmiş daxili messencer sayəsində videoçarxları asanlıqla dostlara göndərmək mümkündür.

Fins.az xəbər verir ki, mobil proqramdan çıxmadan videonu bir kontakt və ya dərhal kontaktlar qrupu ilə paylaşmaq olar. İstifadəçilər təklif edilmiş videoya rəy yaza, həmçinin özləri video əlavə edə bilərlər. Funksiya “YouTube” şəbəkəsində "paylaş" düyməsinə quraşdırılıb. Bu düyməyə sıxmaqla kontaktlar siyahısından videonun göndəriləcəyi şəxs və ya şəxsləri seçmək mümkündür. Həmçinin video üçün istinad əldə etmək və yeni dostları müzakirəyə əlavə etmək olar.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287