İKT

"Huawei" telefon satışında "Apple"a yaxınlaşdı
04 AVQUST
175

"Huawei" telefon satışında "Apple"a yaxınlaşdı

2017-08-04 09:26:00

Çinin "Huawei" şirkəti 2017-ci ilin ikinci rübündə 38,5 milyon ədəd telefon satıb.

Fins.az xəbər verir ki, Çindən sonra Avropada da getdikcə populyar olan "Huawei", dünyanın ən çox iki ağıllı telefon satan brendi "Apple"a olduqca yaxınlaşıb. 

"Huawei", ötən ilin müvafiq rübü ilə müqayisədə satışlarını 20% artırıb. "Apple"ın satışı isə yalnız 2 faiz artıb. Cəmi 41 milyon ədəd telefon sataraq ikinci yerini qoruyan "Apple"ın qarşısında isə "Samsung" yer alır. "Samsung" isə ikinci rübdə əvvəlki illə müqayisədə 4 faiz artımla satış ədədini 77,1 milyondan 80,4 milyona qaldırıb.

ÇİN, DÜNYANIN YARISINA TELEFON SATIR 

Ancaq "Apple", gəlir məsələsində birinci yeri kiməsə vermir. Hesabatdakı maraqlı digər bir vəziyyət isə Çinli istehsalçıların dünyadakı ağıllı telefon satışlarının az qala yarısını əldə etmələridir.

"Oppo" 30,5 milyon ədəd sataraq dördüncü yeri tutub. Onun ardınca, 24 milyonla "Vivo", 23,2 milyonla "Xiaomi" gəlir. Çin qeydiyyatlı markaların satışları dünya üzrə telefon satışlarının 48%-ini təşkil edir.

Hesabata görə, 2016-nın ikinci rübündəki 365 milyonluq ağıllı telefon satışı, bu il 2 faiz artaraq 365 milyona çıxmışdır.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288