İKT

Gözlə kompüteri idarə etmək mümkün olacaq
03 AVQUST
218

Gözlə kompüteri idarə etmək mümkün olacaq

2017-08-03 15:29:00

Windows 10 əməliyyat sistemində tətbiq ediləcək "Eye Control" funksiyası onurğa sütunu xəstəliklərindən əziyyət çəkən istifadəçilərə kompüteri idarə etməyə kömək edəcək. 

Fins.az məlumat  verir ki, "Eye Control" dəstindən bir sıra funksiyalar mausu, digərləri isə klaviaturanı əvəz etmək üçün nəzərdə tutulub.

"Shape-writing" adlı yeni tanıma üsulu mətni gözlərin hərəkəti ilə sürətli daxil etməyə imkan verir: virtual klaviaturaya baxan istifadəçi öz baxışını sözün birinci hərfinin üzərində saxlayır, bundan sonra gözü ilə növbəti simvolları bir-bir daxil edir.

Həmçinin "Eye Control"  istifadəçilərinə əlçatan olan xatırlatmalar sayəsində mətnin göz ilə daxil edilməsi prosesi daha da asanlaşır.

Windows 10 sistemində yeni funksiyalardan istifadə etmək üçün Tobii şirkətinin "Eye Tracker 4C" kontroller-kamerasını əldə etmək lazımdır.

© Xeberler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297