İKT

“Alibaba” avtomobil satışı üçün ticarət avtomatını işə salmağa hazırlaşır
03 AVQUST
206

“Alibaba” avtomobil satışı üçün ticarət avtomatını işə salmağa hazırlaşır

2017-08-03 12:10:00

Çinin “Alibaba Group” internet-riteyleri avtomobil satışı üçün nəzərdə tutulan çoxyaruslu ticarət avtomatını ilin sonunadək istifadəyə verməyi planlaşdırır .

Fins.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

“Maşın almaq bir şüşə qazlı su almaq qədər asan olacaq”, - deyə kompaniyanın baş meneceri Yuy Vey bildirib. Onun sözlərinə görə, avtomobili mobil qurğuda quraşdırılan xüsusi proqram vasitəsilə əldə etmək mümkün olacaq. Bundan sonra bir neçə dəqiqə ərzində avtomatik sistem maşını aşağı mərtəbədə gözləyən alıcıya çatdıracaq. İlk satış avtomatı Çinin bölgələrindən birində quraşdırılacaq.

Bu aparatdan avtomobili yalnız “Sesame Credit” reytinqində (“Alibaba” kompaniyasının ticarətin nəticələrinə görə istifadəçilərə ballar təqdim edən reytinq sistemi) azı 750 balı olan şəxslər ala biləcəklər. Avtomobilin qiymətinin 10 faizlini ödədikdən sonra alıcı qalan pulu “Alipay” sistemi vasitəsi ilə kreditlə ödəyəcək.

Yuy Vey avtomobil nömrələri ilə bağlı məsələnin necə həll olacağını dəqiqləşdirməyib. Problem ondadır ki, yollarda sıxlığı azaltmaq məqsədi ilə Çinin paytaxtında və ölkənin bir sıra digər şəhərlərində 2011-ci ilin yanvar ayından avtomobil satışına məhdudiyyətlər qoyulub. Tətbiq edilən qaydalara əsasən, il ərzində Pekində cəmi 240 min, yəni ayda 20 min avtomobil nömrəsi verilir. Bununla yanaşı, nömrələrin verilməsi lotereya vasitəsi ilə həyata keçirilir. Yəni yeni nömrə əldə etmək prosesi bir neçə ay, bəzən hətta illərlə uzana bilər.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287