İKT

Hyperloop vakuum qatarının yeni testi keçirildi. Qatar, saatda 310 km sürət yığdı – VİDEO
03 AVQUST
300

Hyperloop vakuum qatarının yeni testi keçirildi. Qatar, saatda 310 km sürət yığdı – VİDEO

2017-08-03 10:20:00

Bu dəfə test, müəyyən miqdarda vakuumun olduğu xüsusi tuneldə keçirilib və test zamanı qatarı, saatda 310 km sürətə çatdırmaq mümkün olub. Sözügedən test, 29 İyul tarixində keçirilib. Sərnişin kapsulu, daxilində müəyyən miqdarda vakuumun olduğu 500 metr uzunluğunda olan tunelə yerləşdirilib. Məlumata əsasən bu ilk testdir ki, Hyperloop qatarını, maqnit levitasiya vasitəsilə saatda 310 km sürətə yüksəltmək mümkün olub. May ayında şirkət ilk dəfə maqnit platformanın, tamamilə vakuum şəraitində tuneldə testini keçirtmişdi. Həmin test zamanı sözügedən platforma, saatda 112 km sürət yığmışdı. Test zamanı şirkət, sərnişin kapsulunun dizaynını təqdim etmiş və bildirmişdi ki, növbəti test zamanı onlar həmin kapsulun sürətini saatda 400 km-ə çatdırmaq niyyətindədirlər. Qeyd etmək lazımdır ki, 2013-cü ildə Elon Musk tərəfindən təqdim olunmuş Hyperloop texnologiyasının konsepsiyasına əsasən qatarlar, saatda 1200 km sürət yığa biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288