İKT

Apple, iPhone-a güclü tələbin olduğuna işarə edib
02 AVQUST
173

Apple, iPhone-a güclü tələbin olduğuna işarə edib

2017-08-02 11:30:00

Apple, yeni modellərini bazara çıxartmamışdan öncə, güclü tələbə işarə edən bir gəlir proqnozu verib.

Yeni iPhone, adətən Sentyabr ayında təqdim edilir və satışa çıxır. Satışlar, şirkətin dördüncü rüb rəqəmlərində əks olunur. Bəzi analitiklər, yeni iPhoneun bazara çıxarılmasının  gecikə biləcəyindən narahat idi. Ancaq Apple-ın Çərşənbə axşamı günkü proqnozları və digər məhsul və xidmətlərində getdikcə artan satışları, bu qayğıları sakitləşdirib.

Kaliforniyada yerləşən şirkət, Sentyabr ayına qədər olan üç aylıq dövrdə gəlirlərin 49-52 milyard dollar arasında olacağını bildirib. Analitiklərin gözləntisi isə 49.1 milyard dollar idi.

Şirkət, 1 İyulda  bitən rübdə 41 milyondan artıq iPhone satıb. Bu rəqəm, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.6 faiz çoxdur. Satışlar əsasən analitik proqnozları uyğun baş verir.

Apple, bu ilin Aprel-İyun dövrünü balansında üçüncü rüb, İyul-Sentyabr dövrünü isə 4-cü rüb kimi qəbul edir. 

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296