İKT

Vertu şirkəti kreditorlara borcunu ödəyə bilmir
14 İYUL
438

Vertu şirkəti kreditorlara borcunu ödəyə bilmir

2017-07-14 16:41:00

Britaniyanın lüks smartfonlar istehsalçısı Vertu şirkəti maliyyə problemləri səbəbindən Böyük Britaniyada yerləşən cihazların hazırlanması üzrə əsas fabrikini bağlayır.

Şirkət rəhbəri Hakan Uzan-ın sözlərinə görə, şirkət kreditorlara olan 128 milyon dollar borcundan yalnız 2,4 milyon dolları ödəyə bilər və bununla əlaqədar olaraq Böyük Britaniyada əməliyyat fəaliyyətini dayandırır.
Verilən məlumatlara görə, şirkətin əsas istehsalçı gücləri Asiya ölkələrində yerləşir, lakin Böyük Britaniyada yerləşən fabrikdə smartfonlar təbii dəri və qiymətli daşlar ilə bəzədilirdi. Fabrikin bağlanması 200 əməkdaşın ixtisar olunması ilə nəticələnəcək.
Qeyd edək ki, Vertu şirkəti 1998-ci ildə yaradılıb və ilk olaraq Finlandiyanın Nokia şirkətinin bir hissəsi idi. 2015-ci ildə Çinin Godin holdinqinin nəzarəti altına keçmişdi. 2017-ci ildə isə şirkəti 50 milyon dollara Hakan Uzan əldə etdi.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285