İKT

“Samsung”un bazar dəyəri 83 milyard dollar artdı
14 İYUL
478

“Samsung”un bazar dəyəri 83 milyard dollar artdı

2017-07-14 15:26:00

Hazırda “Samsung” şirkətinin bazar kapitallaşması 362,5 milyard dollar təşkil edir. 
Fins.az-ın verdiyi  məlumatına görə, son yarım il ərzində şirkət 83,5 milyard dollar bahalaşıb. 
Bu məlumatlar onu göstərir ki, “Samsung” smartfon bazarından “Galaxy Note7”-ni geri çağırmasından yaranmış çoxmilyardlıq ziyanın öhdəsindən çox tez gələ bilib. Bu andan şirkət artıq hazırda olduqca populyarlığa sahib olan smartfonların bərpa edilmiş versiyalarını istehsal edib. Çünki onlar orijinal smartfonlardan nəzərə çarpacaq qədər ucuz qiymətə satılır. Bundan başqa, “Galaxy S8” və “S8+” flaqman smartfonları da böyük uğura sahibdirlər. Baxmayaraq ki, analitiklər zamanında onların “Galaxy S7” smartfonlarından zəif satıldıqlarını qeyd edirlər. 
Təbii, onu unutmamaq lazımdır ki, “Samsung” həmçinin smartfonlar üçün böyük tələbata malik olan yaddaş modulları və birkristallı sistemlərin olduqca uğurlu istehsalçısıdır. Analitiklər əmindirlər ki, yaxın gələcəkdə şirkətin bazar kapitallaşması da, onun səhmləri də artmaqda davam edəcək.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285