İKT

"Microsoft" görmə qüsurlu insanlar üçün xüsusi tətbiq yaratdı – VİDEO
13 İYUL
205

"Microsoft" görmə qüsurlu insanlar üçün xüsusi tətbiq yaratdı – VİDEO

2017-07-13 17:10:00

“Microsoft” şirkəti, zəif görmə problemli və ya görmə qüsurlu insanlara yardımçı olacaq Microsoft Seeing AI adlı tətbiq təqdim edib.

Sözügedən tətbiq, iOS platforması üçün təqdim olunub. Seeing AI-nin iş prinsipində mexaniki təlim alqoritmlərindən istifadə olunur. Məhz buna görə tətbiq, insanların simalarını və onların emosiyalarını identifikasiya edə, sənədləri və pul əskinaslarını müəyyən edə, mətnləri oxuya, ştrix kodlardan məlumatları əldə edə və hətta fotoları görə bilər. Görmə əngəlli hansısa istifadəçinin bu tətbiqi öz smartfonuna yükləyib, smartfonu əlində saxlamağı kifayətdir. Tətbiq ətraf mühit barəsində bütün məlumatları istifadəçiyə bildirəcək. Smartfonun kamerasını hansısa sənədə tərəf yaxınlaşdıranda, Seeing AI, sənədkədi mətnin tam şəkildə kameraya düşməsi üçün smartfonu necə düzgün tutmaq lazım olduğu barədə məsləhətlər verəcək. Bugündən etibarən Seeing AI tətbiqini App Store-dan pulsuz şəkildə yükləmək olar. Qeyd etmək lazımdır ki, tətbiqi hələki yalnız ABŞ, Kanada, Hindistan, Yeni Zelandiya və Sinqapur istifadəçiləri yükləyə bilər. Şirkətin verdiyi məlumata əsasən yaxın zamanda həmin tətbiq digər ölkə istifadəçiləri üçün də aktiv olacaq.

© Technote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288