İKT

WhatsApp ən pis xidmət seçildi
13 İYUL
459

WhatsApp ən pis xidmət seçildi

2017-07-13 12:22:00

Airbnb, Twitter, Tumblr və WhatsApp istifadəçilərin məlumatlarının dövlətdən qorunması üçün ən pis servislər seçilib.

Ekspertlər dövlət ilə qarşılıqlı münasibətlər, dövlət ilə işin şəffaflığı, şəxsi məlumatın üçün tərəfə ötürülməsinə qadağa və NSL-sorğuların qanuniliyinin yoxlanması sahəsində 26 nəhəng internet-şirkətin məlumatlarını təhlil edib. Şirkətlər hər bir kriteriyaya riayət etməyə görə “ulduz” ilə qiymətləndirilirdi ki, maksimum olaraq 5 “ulduz” toplamaq mümkün idi.

Ekspertlər maksimum balı Adobe, Dropbox, Lyft – taksi sifarişi üzrə xidmətə, sayt yaratmat üçün platforma WordPress və Uber xidmətinə verib.

Məlumatların təhlükəsizliyi baxımından ən pis nəticələri isə Airbnb, Twitter, Tumblr və WhatsApp nümayiş etdirib. Ekspertlərin məlumatlarına əsasən, bu şirkətlər dvlət tərəfindən sorğular ilə bağlı istifadəçiləri məlumatlandırmır və onların məlumatlarının üçüncü tərəfə ötürülməyəcəyinə zəmanət vermir.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289