İKT

Qlobal planşet bazarı kiçilir
13 İYUL
272

Qlobal planşet bazarı kiçilir

2017-07-13 11:17:00

“DigiTimes” analitik şirkətinin məlumatına görə, 2017-ci ilin ikinci yarısında qlobal planşetlər bazarında tələbat azalmağa davam edəcək və cihazların tədarükü aşağı düşəcək.

Fins.az xəbər verir ki, mənfi nəticələri azaltmağa çalışan bir neçə şirkət iyul-dekabr aylarında çox yüksək təsvir ölçülü ekrana malik, aşağı enerji sərfiyyatlı və mobil internet dəstəkli yüksək səviyyəli modellər çıxarmağı planlaşdırır. İstehsalçıların fikrincə, bu kimi xüsusiyyətlər alıcıları cəlb edəcək.

Eyni zamanda, “IDC” analitik şirkətinin məlumatına əsasən, 2017-ci ilin birinci rübündə çıxarılıb taxılan ekrana malik hibrid modellər daxil olmaqla, planşetlərin qlobal tədarük həcmi illik hesablamada 8,5 faiz azalaraq 36,2 milyon təşkil edib. Planşet sahəsində azalma artıq on rüb ardıcıl baş verir.

“Gartner”in analitikləri hesab edirlər ki, cari ildə “Apple iPad” və “iPad mini”, “Samsung Galaxy Tab S2”, “Amazon Fire HD”, “Lenovo Yoga Tab 3”, “Acer Iconia One” kimi ənənəvi və hibrid planşet kompüterlərin tədarük həcmi 160 milyonadək azalacaq (2016-cı ildə bu göstərici 169 milyon olub). Növbəti iki ildə də neqativ dinamika davam edəcək: planşetlərin tədarükü 159 və 158 milyonadək azalacaq.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285