İKT

“iPhone 7 Plus” kəskin ucuzlaşdı - RUSİYADA
12 İYUL
1522

“iPhone 7 Plus” kəskin ucuzlaşdı - RUSİYADA

2017-07-12 17:24:00

256 Gb yaddaşlı “iPhone 7 Plus” smartfonu modelinin qiyməti satışa başlanılan müddətlə müqayisədə təxminən 40 faiz ucuzlaşıb. 

Fins.az xəbər verir ki, bu barədə “Hi-tech Mail.ru” saytı Rusiya pərakəndə satış bazarı ilə bağlı apardığı şəxsi təhlillərə istinadən xəbər verir.

2016-cı ilin payızında bu smartfonun pərakəndə satış qiyməti 85 990 rubl və ya 1 419 dollara təklif edilirdisə, hazırda “Apple”in flaqmanını 57-58 min rubla və ya 940-957 dollara əldə etmək mümkündür.   
Nəşr qeyd edir ki, Moskvada cihazların qiyməti satıcılar arasında olan fəal rəqabət sayəsində daha tez düşür. 
Qeyd edək ki, “Apple iPhone 7 Plus” 2016-cı ilin sentyabrında anons edilib. Smartfonun əsas fərqlərindən biri onun iki obyektivli kamerasının olmasıdır ki, bu da ikiqat optik yaxınlaşdırmanı təmir edir. “Apple”in flaqmanı ilə rəqabəti “Samsung”un yeni istehsalı olan “Galaxy S8+” smartfonları təşkil edir. Onların da qiyməti Rusiya rublunun güclənməsi fonunda ucuzlaşır.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286