İKT

Azərbaycanda noutbuk satışı artıb
12 İYUL
154

Azərbaycanda noutbuk satışı artıb

2017-07-12 09:39:00

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda portativ kompüterlərin (noutbuk, netbuk) satışı 11,1 faiz artıb.

Fins.az-ın məlumatına görə, bu ilin ilk 6 ayı ərzində noutbukların satış payı 59,5 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz çoxdur.

Eyni zamanda, 2017-ci ildə stolüstü kompüterlərin satışı ötən ilki dövrlə müqayisədə 13,2 faiz azalıb. Qeyd olunan dövrdə stolüstü kompüterlərin satışı 37 faiz təşkil edib.

Planşetlərin satış həcmi isə hesabat dövründə 3,55 faizə bərabər olub. Bu göstərici 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə 16,7 faiz azdır.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293