İKT

Regionlarda sürətli internet olacaq
11 İYUL
341

Regionlarda sürətli internet olacaq

2017-07-11 16:29:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC “aztelekom.net” internet provayderinin resurs çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə yeni layihəyə start verib.

Nazirlikdən Fins.az-a daxil olan məlumata görə, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır. 

Artıq Sumqayıt, Salyan, Kürdəmir, Zaqatala və Ağsu rayonları üzrə test işləri aparılıb və nəticəyə uyğun olaraq yeni avadanlıqlar quraşdırılır. Ümumilikdə bu işlər 34 region üzrə aparılır.

Qeyd edək ki, yeni avadanlıqların quraşdırılması ilə əlaqədar olaraq internet xidmətində müvəqqəti dayanmalar müşahidə oluna bilər. Problem mütəxəssislər tərəfindən qısa müddətdə aradan qaldırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285