İKT

“Windows 10” sistemində böyük yenilənmə olacaq
11 İYUL
250

“Windows 10” sistemində böyük yenilənmə olacaq

2017-07-11 15:24:00

Bu ilin sentyabrında “Windows 10” əməliyyat sisteminin növbəti böyük yeniləməsi (Fall Creators Update) təqdim ediləcək. İstifadəçiləri bir çox müxtəlif dəyişikliklər gözləyir, amma ən vacib “Fluent Design System” adlı yenilənmiş istifadəçi interfeysidir. İndiyədək “Windows 10” sisteminin test quraşdırmalarında istifadəçilər bəzi proqramlarda yeni interfeysin elementlərini görə bilirdilər, indi isə “Microsoft” bütün sistemin interfeysini dəyişir. Yaxın vaxtlarda çıxarılmış 16237 nömrəli quraşdırmada böyük miqdarda yenilik və düzəliş təqdim edilib, amma əsas diqqət “Windows Shell” və “Edge” brauzerinə yönəldilib.

Fins.az xəbər verir ki, “Windows 10” əməliyyat sistemi yüksək təsvir ölçülü ekranlar üçün optimallaşmayıb. Belə ekranlarda interfeys elementləri çox kiçik görünür, proqram pəncərələri isə aydın deyil. “Microsoft” tərtibatçıları yeni quraşdırmada bunları nəzərə alıblar və indi sistem təsvir ölçüsünü avtomatik təyin edəcək. İstifadəçi sazlamaları özü dəyişdirdiyi halda yeni parametrlərin işə düşməsi üçün konkret proqramı yenidən işə salmaq kifayətdir. Bundan əvvəl kompüteri yenidən yükləmək lazım idi.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286