İKT

Dünyanın hegemon şirkəti “Apple”la açıq mübarizəyə çıxır
10 İYUL
547

Dünyanın hegemon şirkəti “Apple”la açıq mübarizəyə çıxır

2017-07-10 15:50:00

Çip istehsalçısı “Qualcomm” şirkəti, öz qabaqcıl texnologiyalarının olduğu bütün iPhone və iPad modellərinin satışlarına qadağa qoymaq istəyir.

Bundan əlavə olaraq “Qualcomm”, “Apple”ın marketing, reklam, anbarlaşdırma, iPhone modellərinin təqdimatı və s. əməliyyatlarını dayandırmağı da tələb edir. Belə ki, “Qualcomm”, “Apple”ı 6 patent hüququnun pozulmasında ittiham edir. Həmin 6 patent üzrə işlədilmiş texnologiyalar modem və mobil şəbəkə ilə əlaqəli deyillər. Onlar cihazın müxtəlif yüklənmə səviyyələrində onun avtonom işləmə vaxtının artırılması üçün nəzərdə tutulublar. “Qualcomm”, “Apple”ın bu texnologiyaları istifadə etməsini qanunsuz və haqsız hesab edir. Beləliklə bazarda demək olar ki, hegemonluq edən bir şirkət, dünyanın ən məşhur smartfon istehsalçısı olan bir şirkət ilə açıq mübarizəyə çıxır. “Apple”ın bu dəfə “Qualcomm”un tələblərinə necə cavab verəcəyi çox maraqlıdır.

© Technote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0209
  • ₽ RUB
    0.0292