İKT

"Google" jurnalist-robotlara investisiya yatırdı
10 İYUL
176

"Google" jurnalist-robotlara investisiya yatırdı

2017-07-10 12:12:00

Britaniyanın The Press Association adlı xəbər agentliyi, “Google” şirkətinin Digital News Initiative proqramı çərçivəsində 807.000$ investisiya alıb.

Bu vəsait, RADAR layihəsinin reallaşması üçün xərclənəcək. Həmin layihə çərçivəsində hər ay robotlar tərəfindən yazılmış 30.000 xəbər işıq üzü görəcək. Layihənin 2018-ci ildə start veriləcəyi planlaşdırılır. Hal hazırda isə layihə üzərində 5 insan çalışır. Sözügedən 5 şəxs, rəsmi açıq mənbələr vasitəsilə tibb, kriminal və s. kimi xəbərləri avtomatlaşdırmağa çalışırlar. Güman olunur ki, RADAR layihəsi, dəyərliliyi baxımdan daha effektiv kontent hazırlayaraq reklam və digər mənbələrdən yetəri gəlir əldə edə bilməyən yerli qəzet və saytlara yardımçı olacaq. The Press Association-un redaktoru Pete Clifton-un fikrincə RADAR, insanı jurnalistikada tamamilə əvəz edə bilməyəcək. “Professional jurnalistlərə həmişəki kimi tələbat olacaq. Lakin RADAR öz süni zəkası vasitəsilə insanın, öhdəsindən gələ bilmədiyi xəbər səviyyəsini qaldıracaq” – deyə o bildirib. Bu cümləsi ilə Clifton, ayda 30.000 xəbəri nəzərdə tutub. Baxmayaraq ki, RADAR, alqoritmləri ayarlamaq və redaktə etmək üçün jurnalistlərdən istifadə edəcək, sistemin əsas müştəriləri olacaq yerli qəzetlər rahat nəfəs alaraq baha başa gələn müxbirləri işlərindən azad edə biləcəklər. Qeyd etmək lazımdır ki, bu sistemə bənzər botlar, New York Times, Washington Post, CNN, BBC və digər məşhur agentliklərdə çalışırlar. Həmin botlar böyük həcmli məlumat və statistikaları analiz edərək onu oxucuya anlaşıla bilən mətn formasında təqdim edir.

© Technote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293