İKT

Özü məhv olan “Orwl” kompüteri bu tarixdə satışa çıxarılacaq
10 İYUL
87

Özü məhv olan “Orwl” kompüteri bu tarixdə satışa çıxarılacaq

2017-07-10 10:27:00

“Orwl” şirkəti fiziki müdaxilədən qorunmuş kompüterini təqdim etməyə hazırlaşır. Avqustda satışa çıxarılacaq “Orwl” kompüterinin qiyməti 1699 dollardan başlayacaq.

Fins.az xəbər verir ki, “Orwl” kompüterini yalnız “NFC” nişan və “Bluetooth” modula malik elektron açarın köməyi ilə işə salmaq olar. Həm də açar “Orwl” kompüterinə yaxın yerləşməlidir, çünki açar kompüterdən uzaq məsafədə olduğu halda cihaz bloka düşür və parol tələb edir.

“Orwl” kompüterinin yerini dəyişməyə cəhd etdikdə o, sönür və “SSD” daşıyıcısındakı bütün məlumatlar RSA-4096 standartı üzrə şifrlənir. “Orwl” kompüterinin plastik korpusuna müdaxilə cəhdi zamanı diskdəki bütün məlumatları silən protokol işə düşür. Bu, məlumatların tam toxunulmazlığına zəmanət verir.

“Orwl” kompüterinin standart modeli 1,2 QHs-dək takt tezlikli “Skylake Core-M7” prosessoru, “Intel HD Graphics 515” videokartı, 8 giqabayt əməli yaddaş və 480 giqabaytadək “SSD” daşıyıcısı ilə təchiz edilib. Kompüterə “Windows”, “Linux”, “Ubuntu” və “Qubes OS” əməliyyat sistemlərini quraşdırmaq mümkündür.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288