İKT

Bill Gates-in 18 il əvvəl verdiyi və reallığa çevrilən – PROQNOZLARI
10 İYUL
672

Bill Gates-in 18 il əvvəl verdiyi və reallığa çevrilən – PROQNOZLARI

2017-07-10 09:51:00

Microsoft şirkətinin təsisçisi, dünya şöhrətli sahibkar Bill Gates 1999-cu ildə “Fikir sürətli biznes” (Business @ the Speed of Thought) adlı kitab yazıb.

Kitabda o, texnoloji gələcək haqqında o zaman üçün çox cəsarətli və inanılmaz  proqnozlar verib.

Fins.az İnformasiya Texnologiyaları İnstitutununa istinadən məlumat verir ki, hightech.fm saytı həmin proqnozlar və onların reallığa çevrilməsi ilə bağlı məlumatları təqdim edib.

Qiymətlərin müqayisəsi üçün saytlar

Proqnoz: “Mağazalarda olan qiymətləri müqayisə etmək üçün avtomatik xidmət yaranacaq. Bu xidmət insanlara fərqli saytlardan qiymətləri görməyə və böyük cəhd göstərmədən sahəsindən asılı olmayaraq ən ucuz məhsulu tapmağa imkan verəcək”.

Hazırda: Bu gün istənilən məhsulu Google yaxud Amazon-dan axtarmaq və eyni malları müxtəlif qiymətlərdə görmək mümkündür. NextTag, PriceGrabber və Яндекс.Маркет kimi resurslar xüsusi olaraq qiymət müqayisəsi üçün nəzərdə tutulub.

Mobil qurğular

Proqnoz:“İnsanlar harada olmaqlarından aslı olmayaraq bir-birlərilə hər zaman əlaqə sağlamağa və kompüterdən istifadə etməyə imkan verəcək kiçik qurğulara sahib olacaqlar. Onlar xəbərləri oxuya, maliyyə bazarlarından məlumat ala, bir sözlə bu cihazlarla hər bir işi görə biləcəklər”.

Hazırda: Bəli, Bill bu proqnozu ilə smartfonları nəzərdə tuturdu.

Onlayn ödənişlər, bank xidmətləri və onlayn tibb

Proqnoz:“İnsanlar həkimləri ilə əlaqə saxlaya, maliyyə problemlərinin həlli və pul ödənişlərini onlayn həyata keçirə biləcəklər”.

Hazırda: Rusiyada istifadəyə verilən ZocDoc və  DocDoc kimi xidmətlər mövcuddur ki, onlar həkim tapmağa, onun haqqında rəyləri öyrənməyə və qəbuluna yazılmağa imkan yaradır.LendingClub kimi saytlarda kreditə pul götürmək və PayPalvə ya Venmo vasitəsilə asanlıqla ödəniş etmək mümkündür.

Şəxsi köməkçilər və “Əşyaların İnterneti”

Proqnoz: “Gələcəkdə personal köməkçilər olacaq. Onlar şəxsin evdə və ya ofisdə olmasından asılı olmayaraq bütün qurğuları birləşdirəcək və məlumat mübadiləsi aparmağa imkan verəcək.Qurğuistifadəçinine-poçtu vəbildirişləri yoxlayacaq, lazım olan məlumatları onatəqdim edəcək”.

Hazırda: Smartfonda işləyən Google Now adlı ağıllı qurğu müasir dövrün şəxsi köməkçisidir. Amazon Alexa, Google Assistent, Siri kimi səs ilə idarə olunan köməkçiləri də buraya aid etmək olar.

Mənzillərin onlayn videomonitorinqi

Proqnoz: “Videonəzarət qurğuları insanlar öz mənzillərində olmadıqda belə evə kimin gəlib-getdiyi haqda məlumat verə biləcəklər”.

Hazırda: Google 2014-cü ildə Dropcam şirkətini (evlərə nəzarət edən kameranın yaradıcısı) 555 milyon dollara satın almışdır.  Ring şirkəti isə mənzilə kimin gəldiyini onlayn rejimdə göstərən ağıllı qapı zəngi üzərində işləyir. Hətta lazer çubuğlarına nəzarət edən PetCube kimi kameralar mövcuddur ki, bu qurğular insan evdə olmayanda onlara ev heyvanları ilə oynamağa imkan verir.  

Sosial media

Proqnoz: “Şəxsi veb-səhifələr sizin dostlar və ailə üzvləriniz üçün adiləşəcək. Onlar insanlara öz yaxınları ilə yazışmağa və planlar qurmağa imkan verəcək”. 

Hazırda: Bu gün bütün dünyada məşhur olan Facebook, Snapchat, Instagram, WhatsApp, Messenger kimi sosial şəbəkələr Gates-in həmin proqnozlarının reallığa çevrildiyini sübut edir.  

© Xeberler.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+30°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294