İKT

“Samsung” yenidən “Galaxy Note 7”ni satışa çıxardı
10 İYUL
316

“Samsung” yenidən “Galaxy Note 7”ni satışa çıxardı

2017-07-10 09:50:00

“Samsung” şirkəti bərpa etdiyi “Galaxy Note 7” smartfonunu bu gündən satışa çıxarıb.

Fins.az-ın xəbərinə görə, cihazın qiyməti orijinalla müqayisədə 30 faiz ucuz - 611 dollardır. “Samsung” ümumilikdə 400 min ədəd bərpa olunmuş “Note 7” satmağı planlaşdırır.

Texniki xüsusiyyətlərinə gəldikdə, “Note FE”nin “Note 7”dən əsas fərqi batareyanın həcmindədir. Belə ki, batareyanın həcmi 3500 mAs-dan 3200-ə qədər azaldılıb. Bundan başqa, köhnə-yeni smartfona “Bixby” səs köməkçisi funksiyası əlavə olunub. Opetariv yaddaşı 4 Gb-dır.

Xatırladaq ki, öz-özünə alışıb yanması və partlaması ilə əlaqədar “Samsung Galaxy Note 7” smartfonları bazardan yığışdırılmış və istehsalı dayandırılmışdı.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293