İKT

"Facebook" yeni tətbiq yaradır
07 İYUL
182

"Facebook" yeni tətbiq yaradır

2017-07-07 09:48:00
Facebook sosial şəbəkəsinin komandası, qrup videoçatları üçün ayrıca tətbiq hazırlayır.
Bonfire adlı tətbiq, sosial şəbəkə əməkdaşlarına artıq təqdim olunub. “Facebook”un öz təmsilçiləri isə bu barədə hələ heç bir fikir bildirməyiblər. Tətbiq bu ilin payız fəslində təqdim olunacaq. Məlumatlara əsasən “Facebook”un bu yeni məhsulu vaxtı ikə “Life On Air” şirkəti tərəfindən yaradılmış Houseparty adlı qrup videoçatı tətbiqinə bənzəyir. Qeyd etmək lazımdır ki, bu, “Facebook”un digər tətbiqləri klonlaşdırmaq üzrə ilk cəhdi deyil. Bir neçə müddət bundan öncə şirkət o qədər də məşhurluq qazanmayan Slingshot və Bolt tətbiqlərini istifadəyə vermişdi. Lakin buna baxmayaraq 2012-ci ildə şirkət tərəfindən alınmış Instagram böyük sensasiya yaratmışdı. Şirkətin rəqabətçil videçat tətbiqini yaradıb-yaratmayacağını isə yaxın zamanda biləcəyik.
© Technote
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289