İKT

"iPhone-8" bu tarixdə satışa çıxarılacaq
16 İYUN
1646

"iPhone-8" bu tarixdə satışa çıxarılacaq

2017-06-16 16:32:00

Dünyada milyonlarla insanın istifadə etdiyi telefon markası olan “Apple”in yeni modeli iPhone 8-in satışa çıxacağı tarix, qiyməti və xüsusiyyətləri ilə əlaqədar detallar məlum olub.

İldən ilə modelləri təkmilləşdirən “Apple” korporasiyası dizayn və texniki xüsusiyyətlərinə görə bu dəfə də müştəriləri təəccübləndirmək niyyətindədir.

Bütün dünyanın maraqla gözlədiyi iPhone 8 və iPhone 8 Plus modelləri 17 sentyabr 2017-ci ildə satışa çıxacaq. Ötən il 7 sentyabrda tanıdılan iPhone-7 kimi bu dəfə də tanıtım və ilk satış nöqtəsi ABŞ-ın Kaliforniya ştatı olacaq. Qiymətlərlə bağlı dəqiq detallar açıqlanmasa da, iPhone 8-in qiyməti satışa çıxdığı ilk günlərdə yaddaş həcminə görə 1650-2500 manat, iPhone 8 Plus-un isə 1900-2400 manat aralığında dəyişəcəyi deyilir.

Modelin dizaynı ilə bağlı daha bir iddia isə müəllifin qazaxıstanlı dizayner İskəndər Utebaev olmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0116
  • ₽ RUB
    0.0290