İKT

Bu smartfon 1 günə 350 mindən artıq sifariş topladı
14 İYUN
417

Bu smartfon 1 günə 350 mindən artıq sifariş topladı

2017-06-14 14:19:00

Dünən təqdim edilən “Huawei Honor 9” smartfonu istehlakçılar arasında ciddi maraq yaradıb. 
Buna sübut bu smartfonu əldə etmək üçün müraciətlərin sayıdır.

Bir sutkadan az vaxtda ancaq JD.com resursunda 350 mindən artıq müraciət olub. Ancaq bu yeniliyi “Vmall” və daha 6 mağazada da əldə etmək mümkündür. 
Heç də bütün müraciətlər real sifarişlərə çevrilməsə də, “Honor 9” artıq indidən ən uğurlu məhsul olmağa şanslıdır. 
Xatırladaq ki, smartfonun 64 Gb yaddaşlı versiyasının Çində satış qiymətləri 400 dollardan başlayır. 128 Gb yaddaşlı versiyası isə 440 dollar qiymətləndirilib. “Huawei Honor 9” smartfonlarının real satışlarına iyunun 16-dan başlanacaq. 

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288