İKT

Dünyanın ən böyük smartfonu satışa çıxarılacaq
12 İYUN
577

Dünyanın ən böyük smartfonu satışa çıxarılacaq

2017-06-12 16:09:00

Çinin “Xiaomi” şirkətinin rəhbəri Ley Tszyun yeni 7 düymlü smartfonun yaradılacağını bəyan edərək, qurğunun əsas prioritetinin bir əldə rahat tutulması olacağını deyib.

On il əvvəl smartfonların orta statistik diaqonalı təxminən 3,5-4 düymə bərabər olub. Bu gün 5 düymlü qurğu ilə insanları təəccübləndirmək qeyri-mümkündür. “Xiaomi” ötən il istifadəçilər arasında çox populyar olan 6,44 düymlü ekrana malik “Mi Max” smartfonunun satışlarına başlayıb. Bunun məntiqi davamı olaraq cari ildə yeni “Mi Max 2” versiyasının buraxılması qərara alınıb. Model “Xiaomi Mi6” smartfonunda olduğu kimi, yenilənmiş kamera prosessoru, tutumlu və güclü akkumulyator, “USB Type-C” çıxışı və s. fərqli versiyalarla təchiz edilib. Sonra şirkət daha böyük ekranlı qurğunun istehsalı ilə bağlı qərar qəbul edib. Şirkət rəhbəri vurğulayıb ki, 6,44 düym əlin içinin ölçüsünə tam uyğun gəlməsi səbəbindən optimal versiyalar arasında ən böyük ölçü hesab edilir.

Həmçinin bildirilir ki, qurğunun böyük ölçülərinin narahatlığını kompensasiya edən texnologiyanın icad ediləcəyi təqdirdə 7 düymlü diaqonal da yaratmaq mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296