İKT

Son 10 ilin ən uğursuz texnoloji məhsulları
12 İYUN
320

Son 10 ilin ən uğursuz texnoloji məhsulları

2017-06-12 11:09:00

iPhone, sensorlu smartfonlar dövrünə start verərək son 10 ilin ən uğurlu texnoloji məhsulu oldu. Lakin ən inqilablı ixtiradan əvvəl 10-an yaxın uğursuz layihə olur. Elə isə gəlin son 10 ilin ən uğursuz texnoloji məhsullarını xatırlayaq.

HD DVD:

2002-ci ilin sonunda “Toshiba” və “NEC” şirkətləri, HD DVD adlı yeni format yaratdılar. Bu format, adi DVD formatını əvəz edəcəkdi. Lakin həmin vaxtda “Sony” şirkəti Blu-Ray formatını hazırlayırdı. “Sony” şirkəti bir çox film studiyalarına və əlaqələrə sahib idi. Məhz ona görə o, digər böyük şirkətləri, Blu-Ray formatından istifadə etmələri üçün yola gətirdi. Rəqiblər arasındakı müharibə 2008-ci ildə sona çatdı. Belə ki, həmin ildə şirkətlər HD DVD formatının dəstəklənməsinə son qoydular. Nəticə etibarilə “Toshiba” şirkəti, uğursuz layihə üçün 1 milyard dollar pul xərcləmişdi.

Google Lively:

2008-ci ildə “Google” şirkəti, Linden Lab-ın Second Life adlı uğurlu layihəsinin öz analoqunu yaratmaq fikrinə düşdü. Beləliklə şirkət özünün virtual sahəsini yaratdı. Lakin bu layihə, Second Life kimi ayrıca bir tətbiq deyildi. Bu, Flash üzərindən çalışmış virtual çat otaqlar kolleksiyası idi. İdeya çox maraqlı idi. Lakin nəticədə reallaşdırılmış məhsul, Seond Life kimi effekt vermədi. Lively, Facebook ilə müqayisədə çox böyük bir layihə idi. Layihəyə start veriləndən bir neçə ay sonra o bağlandı.

Microsoft Zune:

2001-ci ildə “Apple” şirkəti, iPod-u təqdim edərək rəqəmsal musiqi sənayesini başdan ayağa dəyişdi. 5 ildən sonra isə “Microsoft” şirkəti öz məhsulu olan Zune-u təqdim etdi. Müsbət rəylərə baxmayaraq Zune ona görə uğursuz oldu ki, o, bazarda çox gec satışa çıxdı. Bundan əlavə olaraq onun çox bərbad marketinq kampaniyası var idi. Çox aşağı satış göstəricilərinə baxmayaraq “Microsoft” şirkəti onu 6 il ərzində dəstəklədi. 2012-ci ildə isə Zune layihəsi tamamilə bağlandı.

Windows Phone:

“Microsoft” şirkəti, Windows Phone 7-ni 2010-cu ildə təqdim etdi. Yəni, birinci iPhone modelinin satışa çıxmasından 3 il və ilk Android smartfonların bazara çıxmasından 2 il sonra. Həmin vaxtda artıq bir çox istifadəçilər iOS və Android ekosistemlərinə uyğunlaşmışdılar ki, bu cür gecikmə, şirkətə baha başa gəldi. Öz layihəsini inkişaf etdirmək ümidi ilə 2014-cü ildə “Microsoft” şirkəti, Nokia brendini aldı. Lakin 1 ildən sonra bu qərar yalnız milyardlarla dollar vəsaitin itirilməsinə gətirib çıxardı. Hal hazırda Windows Phone-nun smartfonlar bazarındakı dəyəri 1%-dən aşağıdır.

BlackBerry Storm:

İlk iPhone modelinin satışa çıxmasından sonra həmin vaxtlarda lider şirkət olmuş “BlackBerry” qeyd edirdi ki, insanlar klaviaturadan istifadəyə çox uyğunlaşıblar və onlar sensorlu ekrana keçid etmək istəməyəcəklər. Lakin insanlar iPhone modelini almağa başladılar və “BlackBerry” tez bir zamanda Storm adlı smartfonu təqdim etdi. Bu smartfon tez-tez yararsız hala gəldiyindən 2008-ci ildə şirkət, satmış olduğu milyona yaxın smartfonu dəyişməli oldu. Nəticədə şirkət, 500 milyon dollar vəsait itirdi. “BlackBerry”nin səhmləri sürətlə aşağı düşməyə başladı və keçən il şirkət, smartfon istehsalından tamamilə imtina etdi.

HP Touchpad planşeti:

2011-ci ildə “HP” şirkəti, iPad-ın rəqibi olan Touchpad adlı planşet yaratdı. Bir aydan sonra şirkət bildirdi ki, o, yeni planşet də daxil olmaqla webOS əməliyyat sistemi ilə çalışan bütün cihazların istehsalını dayandırır. Belə qərarı ilə şirkət, mobil bazardan getməyi planlaşdırırdı. Yerdə qalan Touchpad-lar isə 99$-dan satışa çıxarılmışdı. Hal hazırda Touchpad, ən qısa ömürlü planşet modeli adını daşıyır.

Facebook Home:

2013-cü ildə “Facebook”, Android sistemli cihazlar üçün Facebook Home platformasını hazırladı. Bu platforma sayəsində istifadəçilər sürətli şəkildə sosial şəbəkədəki postları izləyə, öz postlarını paylaşa, dostları ilə yazışa və bir sıra tətbiqləri işə sala bilirdilər. Bundan əlavə olaraq sözügedən platforma, Facebook-dakı bütün bildirişləri avtomatik şəkildə smartfonun əsas ekranında əks etdirirdi. Görünür bu üsulla şirkət, bütün mobil əməliyyat sistemlərini ələ keçirtməyə çalışırdı. Lakin mənfi rəylər nəticəsində bu platforma tamamilə uğursuz oldu. Nəticədə isə “Facebook” öz Messenger-i vasitəsilə vahid bir platforma yaratmalı oldu.

Google Glass:

İlk öncə “Google” şirkəti, Google Glass cihazını 2013-cü ildə Explorer adlı bağlı proqram çərçivəsində işə salmışdı. Yalnız 1 ildən sonra bu cihaz kütləvi şəkildə təqdim olundu. İlk öncə Google Glass-ın qiyməti 1500$ təşkil edirdi. Lakin irimiqyaslı satışlara yaxın, şirkət, cihazın qiymətini aşağı salacaqdı. Bir çoxları düşünürdülər ki, Googla Glass, yeni hesablayıcı platforma olacaq. Lakin bir çox təşkilatlar bu cihazdan istifadə etməkdən imtina etdi. Adi istifadəçilərə isə onun qiyməti və görünüşü xoş olmadı. 2015-ci ildə isə şirkət onu satışdan çıxardaraq yaxın gələcəkdə cihazın daha təkmilləşdirilmiş versiyasını təqdim etməyi söz verdi.

“Amazon” şirkətinin Fire Phone adlı smartfonu:

2014-cü ildə “Amazon” şirkəti özünün Kindle Fire adlı planşetinin uğurunu təkrarlayacağı ümidilə Fire Phone adlı smartfonunu təqdim etdi. Android və iOS smartfonları istifadə edən bir çox istifadəçiləri yeni smartfon cəlb etmədi. Satışa çıxdığı ilk ayda şirkət onun qiymətini 199$-dan 0.99$-a endirdi. Lakin ilin sonunda yaxşı olmayan satışlar nəticəsində şirkət, 170 milyon dollar dəyərində vəsait itirdi. 2015-ci ildə isə şirkət bu smartfondan tamamilə imtina etdi.

Samsung Galaxy Note 7:

Keçən il məşhur Samsung Galaxy smartfonları, batareyalarda olan prblemlərə görə partlamağa başladılar. Həmin hadisələrdən sonra yaranmış panika nəticəsində milyonlarla istifadəçi öz cihazlarını geri qaytardı, şirkət isə Galaxy Note 7-nin istehsalatını dayandırdı. Keçən ilin 3-cü rübündə “Samsung” şirkəti, 2.3 milyad dollar vəsait itirdi. Keçən ilki uğursuzluğa baxmayaraq hal hazırda şirkətin yeni smartfonu olan Galaxy S8-ə yüksək dərəcədə tələbat var. Bu isə o deməkdir ki, yaranmış böyük uğursuzluq sözügedən brendi məhv edə bilmədi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287