İKT

Yeni mühafizəli smartfon nümayiş olunub
12 İYUN
219

Yeni mühafizəli smartfon nümayiş olunub

2017-06-12 10:01:00

Yeni mühafizəli “Blackview BV8000 Pro” smartfonu öz sinfində ən güclü qurğular adına iddialıdır.

Fins.az xəbər verir ki, 2,3 qiqahers takt tezlikli səkkiznüvəli “MediaTek Helio P20” prosessorunun əsasında işləyən smartfonun operativ yaddaşı 6 qiqabayt, quraşdırılmış yaddaşı 64 qiqabayt təşkil edir. Korpusu “IP68” standartı üzrə mühafizə olunan yeni qurğu su, kir, toz keçirmir, eləcə də zərbələrə və əldən düşmələrə davamlıdır.

Məlumata görə, smartfon 1920х1080 piksel təsvir ölçülü 5 düymlü “Gorilla Glass 3” qoruyucu şüşəsinə malik ekranla təchiz edilib. Kameralar müvafiq olaraq 16 və 8 meqapiksellidir. Qurğuda, həmçinin “GPS/GLONASS”, “Wi-Fi”, “Bluetooth 4.0”, “NFC” modulları, “USB Type-C” portu, qulaqcıq üçün 3,5 millimetrlik çıxış quraşdırılıb. Akkumulyatorun tutumu 4180 milliamper/saata bərabər smartfon 2 SIM kartı dəstəkləyir.

“Blackview BV8000 Pro” smartfonunun təxmini qiyməti 260 dollar təşkil edir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287