İKT

Yazda üç yeni "iPad" işıq üzü görəcək
10 YANVAR
481

Yazda üç yeni "iPad" işıq üzü görəcək

2017-01-10 19:12:00

“KGI Securities” şirkətinin tanınmış analitiki Min-Çi Kuonun “9to5Mac” nəşri üçün yeni proqnozuna əsasən, “Apple” şirkəti cari ilin yazında üç yeni “iPad” modeli təqdim etməyi və planşetlərinin azalan satış həcmini xilas etməyi planlaşdırır.

Fins.az ICTnews-a istinadən xəbər verir ki, analitik Min-Çi Kuonun proqnozları əksər hallarda özünü doğruldur.

Onun fikrincə, 12.9 düymlük “iPad” modeli “A10X” prosessoru ilə işləyən “iPad Pro” modelinin ikinci nəslidir.

9.7 düymlük “iPad” modeli ilk dəfə 2015-ci ildə “iPhone 6S” və “6S Plus” smartfonlarında tətbiq edilmiş “A9” prosessoru ilə təchiz ediləcək.

Nəhayət, 10-10.5 düymlük diaqonala malik “high-end” sinfinə məxsus  model tamamilə yeni dizaynda təqdim ediləcək. Bu model, həmçinin “A10X” prosessoru ilə təchiz ediləcək.

Min-Çi Kuonun yeni proqnozuna əsasən, cari ildə “iPad” planşetlərinin satış həcmi azalaraq 35-37 milyon təşkil edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7022
  • € EUR
    1.9015
  • ₽ RUB
    0.0283