İKT

“ASAN Viza” portalı tam işə düşdü
10 YANVAR
376

“ASAN Viza” portalı tam işə düşdü

2017-01-10 16:18:00

10 yanvardan etibarən “ASAN Viza” portalı (www.evisa.gov.az) test rejimindən çıxaraq tam istifadəyə verilib.

“ASAN Xidmət”in İnfromasiya təminatı şöbəsindən Fins.az verilən məlumata görə, bu günə kimi “ASAN Viza” portalından 500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza əldə edib.

Qeyd edək ki, 16 dekabr 2016-cı il tarixində “ASAN Viza” portalının təqdimat mərasimi keçirilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN Viza” sistemi vasitəsi ilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir və bu viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7202
  • € EUR
    1.8529
  • ₽ RUB
    0.0298