İKT

İnsanların həyatını dəyişən - 5 TEXNOLOGİYA
10 YANVAR
416

İnsanların həyatını dəyişən - 5 TEXNOLOGİYA

2017-01-10 08:38:00

“IBM” şirkəti yaxın beş ildə insanların həyatını dəyişdirəcək beş texnologiyadan ibarət illik reytinqini dərc edib. Bu texnologiyalardan biri erkən mərhələdə psixiki və koqnitiv pozuntular, neyrodegerenativ xəstəliklərə diaqnoz qoymağa imkan verən şifahi və yazılı danışığın təhlili sistemidir.

indicator.ru saytı xəbər verir ki, ikinci texnologiya “super qəhrəmanların görmə qabiliyyətidir”. Şirkətin mütəxəssislərinin fikrincə, beş il sonra dalğa uzunluğu diapazonunda görməyə imkan verən cihazlar geniş yayılacaq. Bu, ətraf aləmin öyrənilməsi üçün yeni imkanlar yaradacaq.

Böyük məlumatlar üzərində iş sahəsində irəliləyiş gözlənilir. Ekspertlər hesab edirlər ki, böyük massivli informasiyanı səmərəli emal etməyə imkan verən texnologiyalar, məsələn, ərzaq və enerji istehsalı problemlərinin həllini tapmağa kömək edəcək.

“Çipdə laboratoriyalar” adlandırılan dördüncü texnologiya orqanizmin maye təhlili zamanı normadan ən kiçik sapmaları qeydə almağa imkan verəcək. Beləliklə, simptomların yaranmasından əvvəl orqanların pozulmaları barədə məlumat əldə etmək mümkün olacaq.

Beşinci texnologiya ətraf mühitin çirklənməsinin aşkarlanması ilə bağlıdır. Sensor texnologiyalar, silisium fotonikası və süni intellekt təhlükəli maddələri bir anda aşkara çıxarmağa imkan verəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7025
  • € EUR
    1.8627
  • ₽ RUB
    0.0304