İKT

“Alma” imperiyası - “Apple”nin tarixi – FOTOLARDA
06 YANVAR
577

“Alma” imperiyası - “Apple”nin tarixi – FOTOLARDA

2017-01-06 15:20:00

1977-ci ilin 3 yanvar tarixində “Apple” şirkətinin ilk kompüter partiyasının rəsmi satışı başlayıb. “Apple I” lakonik adı almış kompüterinin yaradıcıları Stiv Cobs və Stiv Voznyak idilər. İstehlakçı kompüterdən istifadı etmək üçün ilk olaraq cihazın korpusunu tapıb, ora proqram təminatını taxmalı, klaviatura və monitoru qoşmalı idi. Kompüterlərin ilk böyük alıcısı kompyuter mağazası sahibi Pol Terrel oldu. O, hər birinin qiyməti $500 olan 50 kompüter sifariş etdi. Praktiki olaraq ilk sifarişləri “dizləri üstündə” yığmağa başlayan “Apple” növbəti 40 il ərzində bütün dünya üzrə müştərilərin (insanların) rəğbətini qazana bildi. Şirkətin hər bir yeni məhsulu  “iMac”, “Macbook”, “iPod”, “iPad” və “iPhone” elektronika bazarında müxtəlif vaxtlarda inqilab etdi.

Fins.az Rusiya mətbuatına istinadən “Apple”-ın inkişaf tarixini şəkillər vasitəsilə oxucularının diqqətinə çatdırır.

Mənbə: Sal Veder/AP

Stiv Cobs, Con Skalli və Stiv Voznyak “Apple II” təqdimatında, aprel / 1984-cü il

Mənbə: Wikimedia Commons

“Apple”-nin ilk kompüteri (“həm də Apple I”), 1977-ci il

Mənbə: Paul Horşman /AP

“Macintosh”-un ilk satışları, dekabr / 1995-ci il

Mənbə: Paul Sakuma/AP

Stiv Cobs ilk “iPhone”-nu təqdim edir

Mənbə: Anonymous/AP

Cobsun vaxtında istehsal olunan “Apple”-ın məhşur məhsulları: ilk “Macintosh”-lar, “iMac”, “Macbook”, “iPod”, “iPad” və “iPhone”

Mənbə: AP Photo

Şirkət təkcə özünün elektron cihazları ilə deyil, həm də “bulud” sistemli mağazası ilə də məşhurdur. Bunun nəticəsində “Apple Store” bu gün bütün dünyada dəbdəbəli onlayn mağazalardan biridir. Bunda  əlavə “Apple” bütöv şüşələrdən ibarət, çəkisizlik hissi yaradan memarlıq konstruksiyasının dizaynını da patentləşdirib.

Mənbə: Paul Sakuma/AP

2008-ci ilin yanvarında keçirilmiş təqdimatda şirkətin yeni məhsulunu - "MacBook Air” təqdim edən Stiv Cobs dedi ki, bu cihaz o qədər nazikdir ki, hətta məktub zərfinə belə yerləşə bilər.

Mənbə: AP Photo

2006-cı ilin sentyabrında keçirilmiş təqdimatda Stiv Cobs “iPod”-un kiçik ekranında video – çarxlar izləmək haqqında məlumat verir.

Mənbə: Deymın Dovarces /AP

“Apple” həvəskarları bir qayda olaraq, yeni məhsulu əldə etmək üçün satış tarixindən əvvəl növbəyə dururlar.

Mənbə: Paul Sakuma/AP

Yeni “OS X Mountain Lion” proqram təminatının təqdimatından öncə “Apple” mağazasının gənc qonağı

Mənbə: Marsio Xose Sançes/AP

2011-ci ildə Stiv Cobsdan sonra “Apple”-ın yeni rəhbəri Tim Kuk illik təqdimat zamanı

Mənbə: Rayan Emberli/AP

“Apple”-ın əməkdaşı yeni “iPhone”-nu nümayiş edir

Mənbə: Erik Risberq/AP

2014-cü ildə ilk dəfə təqdim olunan “Apple Watch”

Mənbə: Stiven Senne /AP 

“Apple” istifadəçilərinin şəxsi məlumatlarını məhkəmədə qorumalı olub. San – Bernardino terrorundan sonra FTB şirkətdən terrorçunun telefonundakı məlumatlara giriş imkanı tələb etdi, lakin bir müddət sonra bunu artıq “Apple” tərəfinin iştirakı olmadan həyata keçirdiyini elan etdi. Nəticədə “Apple” məhkəməyə müraciət etməli oldu və ona dəstək olaraq, bir çox ölkələrdə şəxsi həyat və məlumatların toxunulmazlığı ilə bağlı çoxsaylı aksiyalar baş tutdu.

Mənbə: Martin Meisner /AP

Müştəri “çəhrayi qızıl” rəngində hazırlanmış “iPhone”-nu əllinə alıb.

Mənbə: “Apple”

2016-c ilin sentyabrın 7-də təqdim olunmuş “iPhone 7”. Telefon su damcıları və toz hissəciklərindən qorunma əldə edib, ancaq ənənəvi uzun simli qulaqcıqlar imkanından məhrum olub.

Mənbə: Artyom Sizov/«Газета.Ru»

“iPhone 7”-nin Moskvada satışa çıxarılması

Mənbə: Maksim Zmeyev/Reuters

“Apple Pay” ödəniş servisi 2014-cü ilin sentyabrın 9-da təqdim edilib. Sistem vasitəsilə müştəri ödənişləri “Apple” mobil cihazını ödəmə terminalına yaxınlaşdırmaqla həyata keçirə bilər. Rusiyada bu sistem 2016-cı ilin oktyabrın 4-dən fəaliyyətə başlayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7025
  • € EUR
    1.8627
  • ₽ RUB
    0.0304