“Kingston” şirkəti 1 və ya 2 terabayt tutuma malik “DataTraveler Ultimate GT” daşıyıcısını istehsal edib.
İstehsalçı iddia edir ki, bu fləş-kart dünyada ən rekord tutuma malikdir. Fləş-kartın ölçüsü bir qədər böyükdür. Qurğu 2017-ci ilin fevralında satışa çıxarılacaq. Hələ ki qiyməti açıqlanmasa da, ucuz olmayacağı güman edilir.
Qurğu ən aktiv səyahətlər zamanı məlumatların bütövlüyünü qorumaq məqsədilə möhkəm metal korpusla təchiz edilib. Fləş-kart yalnız “USB 3.1” interfeysini dəstəkləyir.
Mənbə: Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır