İKT

"Alibaba"da Azərbaycanın bu məhsulları populyardır
29 DEKABR 2016
2000

"Alibaba"da Azərbaycanın bu məhsulları populyardır

2016-12-29 15:00:00

Azexport.az Alibaba.com portalı vasitəsi ilə Azərbaycan məhsullarına xarici bazarlardan daxil olan tələbə dair infoqrammanı Azərbaycanlı iş adamlarına təqdim edib.

İnfoqrammada əks olunan məlumatlara əsasən, ötən bir ay ərzində portal vasitəsi ilə Azərbaycandan ən çox 1500-dən artıq sorğu ilə şərab və digər içki növləri, 600-dən artıq sorğu ilə meyvə və quru meyvələr, 250-dən artıq sorğu ilə mebel və 160-dan artıq sorğu vasitəsi ilə dərman bitkiləri və biyan kökü alibaba.com-da axtarış verilib. Qeyd edək bu məlumatlar Alibaba.com saytının statistik göstəriciləri əsasında Azexport.az saytı tərəfindən hazırlanıb. Məlumatlar Alibaba.com istifadəçilərinin 20 fərqli ölkədən apardıqları axtarış sorğularına əsaslanır. Əlavə edək ki, azexport.az dünyanın ən nüfuzlu ticarət portallarından biri olan Alibabanın qızıl üzvüdür və əldə olunan razılaşmaya uyğun olaraq azexport.az mütəmadi olaraq portalın statistik məlumatları əsasında xarici bazarlara dair azərbaycanlı iş adamlarına analitik məlumatlar təqdim edəcək.
Alibaba.com portalı Azərbaycan məhsullarına xarici bazarlardan daxil olan tələbə dair infoqrafikanı Azərbaycanlı iş adamlarına təqdim edib.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287