İKT

DİQQƏT: İnternet xidmətləri vergiyə cəlb ediləcək
30 NOYABR
662

DİQQƏT: İnternet xidmətləri vergiyə cəlb ediləcək

2016-11-30 14:22:00

Azərbaycan Vergilər Nazirliyi internet vasitəsilə göstərilən xidmətlərin vergiyə cəlb edilməsi məsələsi üzərində daha intensiv işləyəcək.

Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, elektron ticarətin vergiyə cəlb edilməsi məsələsi çoxdan gündəlikdə duran məsələdir və nazirlik artıq bir neçə ildir bu istiqamətdə ciddi işlər aparır.

O əlavə edib ki, bu, dünya miqyasında artıq uzun müddətdir mövcud olan, sabit bir trenddir: "Bu, dünyanın bir çox ölkələrində var, artıq yanvarın 1-dən Rusiya da tətbiqinə başlanır".

Mənbə:  Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272