İKT

“Samsung” parçalana bilər
28 NOYABR
158

“Samsung” parçalana bilər

2016-11-28 14:42:00

Cənubi Koreyanın “Samsung Electronics” korporasiyası iki yerə parçalana bilər.

Fins.az-ın verdiyi məlumata görə, şirkət rəhbərliyi bu variantı nəzərdən keçirəcək. Müvafiq təkliflə ABŞ-ın “Elliot Management” xec-fondu oktyabr ayında çıxış edib.

Bölünmə “Samsung”un təsisçisinin varislərinə “Samsung Gruoup”un ən dəyərli və qiymətli aktivi olan smartfon istehsalı sahəsinə nəzarət imkanı verəcək. “Samsung”un Direktorlar Şurası noyabrın 29-da bu məsələni müzakirə edərək “Elliot”un təklifinə cavab verəcək.

C. Koreya birjası şirkətdən məsələ barədə açıqlama istəyib.

Mənbə: Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272