İKT

"WhatsApp"dan videolarla bağlı – VACİB YENİLİK
25 NOYABR
737

"WhatsApp"dan videolarla bağlı – VACİB YENİLİK

2016-11-25 10:08:00
Dünyanın ən populyar sosial mesajlaşma xidməti olan "WhatsApp" daha bir problemini aradan qaldırır. Qızışan rəqabət mühitində "Facebook" bir neçə il öncə satın aldığı mesajlaşma sistemini dayanmadan yeniləməyə davam edir. ​
Artıq göndərilən video faylları izləmək daha rahat olacaq.  "WhatsApp"ın yeniliyi sayəsində videolar telefon yaddaşına məcburi şəkildə yüklənməyəcək. 
Artıq danışdığınız şəxsin göndərdiyi videoya baxmaq üçün onun uzun müddət yüklənməsini gözləmək lazım gəlməyəcək. Yenilənmə sayəsində videoları göndərilən anda izləmək mümkün olacaq.  
Əgər istəsəniz videoları yükləyə də bilərsiniz. Bu sayədə izlənilib unudulan videolar sayəsində telefonunuzun yaddaşının dolması problemi də aradan qalxır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272