İKT

“Azerfon” və “Bakcell” müştərək çalışır”- AÇIQLAMA
24 NOYABR
993

“Azerfon” və “Bakcell” müştərək çalışır”- AÇIQLAMA

2016-11-24 09:37:00

“Backell”in “Azerfon”u satın alması barədə xəbərə “Azerfon” şirkətindən rəsmi münasibət bildirilib. “Azerfon” MMC-nin mətbuat xidmətindən göndərilən məlumatda deyilir: “Bu məlumat şayiədir və biz şayiələrə heç bir şərh vermirik.

O ki qaldı cari vəziyyətə, “Azerfon” və “Bakcell” şirkətləri müstəqil fəaliyyət göstərir və öz xidmətlərini abunəçilərinə təqdim edirlər.

Qlobal tendensiyalar və bir çox ölkələrin təcrübəsinə uyğun olaraq, hər iki operator baza stansiyalarının müştərək istismarı və müvafiq texniki xidmətlərin inteqrasiyası vasitəsilə xidmətlərinin keyfiyyətinin daha da artırılması istiqamətində çalışırlar.

Qlobal səviyyədə müşahidə olunan iqtisadi resessiya şəraitində və abunəçilərinin daha yaxşı xidmətlərdən yararlanması üçün mobil operatorlar öz fəaliyyətlərində davamlı təkmilləşdirməni təmin etmək məqsədilə yeni modellər tətbiq edirlər.

Carı proses nəticəsində hər iki mobil operator öz abunəçilərini yüksək keyfiyyətli xidmətlərlə təmin etmək üçün şəbəkənin daha da gücləndirilməsi istiqamətindəki işləri davam etdirəcək”.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275