İKT

"Instagram"da yeni funksiyalar işə düşüb
22 NOYABR
333

"Instagram"da yeni funksiyalar işə düşüb

2016-11-22 10:01:00

Instagram iki yeni funksiyanın tətbiqinə başlayıb: canlı videogörüntü və özüsilinən mesajlar.

Fins.az-ın "TechCrunch" portalına istinadən verdiyi məlumata görə, "Instagram Stories" bölməsində olan videoyayım "Periscope" və "Facebook"un öz istifadəçilərinə təqdim etdiyi versiyaya bənzəyir.

İkinci yenilik şəxsi mesajlarla -Instagram Direct ilə bağlıdır. Artıq istifadəçilər öz fotoşəkillərini göndərməkdən əvvəl onu redaktə edib, ona emodzi və filtrlər əlavə edə biləcəklər. Lakin Instagramın yeni versiyasının ən əsas xüsusiyyəti ismarıcların özünü silə bilməsidir. Həmsöhbətinizin sizin video ya fotonuza bir-iki dəfə baxmasından sonra onlar əbədi yox olacaqlar.

Xatırladaq ki, bundan öncə KİV-lər "Facebook"un "Snapchat"ı almaq cəhdlərini müzakirə edirdilər. Lakin iki imtinadan sonra sosial şəbəkə başqa məsələyə toxundu – onun analoqunu yaratmaq ya da almaq. Beləliklə, bu ilin yayında "Facebook" Cənubi Koreya şirkəti olan "Naver"dən "Snow" messencerini ("Snapchat"-ın Asiya klonu) almağa cəhd göstərdi. Lakin bu danışıqlar da uğursuzluqla nəticələndi. Amma Zukerberq ümidlərini itirmədi və şəxsi "Flash" adlı foto və video mesajlar üçün tətbiqetmə olan  "Snapchat" klonunu yaratdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272