İKT

"iPhone 6s"in batareyaları pulsuz dəyişdiriləcək
22 NOYABR
313

"iPhone 6s"in batareyaları pulsuz dəyişdiriləcək

2016-11-22 09:48:00

"Apple" şirkəti qəfildən sönən "iPhone 6s" smartfonunun batareyalarını pulsuz dəyişdirəcək.

Fins.az-ın xariciki mətbuata istinadən verdiyi xəbərə görə, bu bütün dünyada satılan bu tip smartfonlara aiddir.

Məlumatda deyilir ki, 2015-ci ilin sentyabr-oktyabr ayları ərzində buraxılan "iPhone 6s" lərdə qəfildən sönmə baş verə bilər. Təhlükəsizliklə bağlı isə heç bir problem yoxdur.

Batareyaların dəyişdirilməsi üçün "Apple" mağazasına və ya qeydiyyatdan keçmiş xidmət mərkəzinə yaxınlaşmaq, telefonun məhz göstərilən dövrdə istehsal olunduğunu dəqiqləşdirmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272