İKT

"Ən azı 2 əsas internet provayderi yaradılmalıdır": "AmCham"dan TÖVSİYƏLƏR
21 NOYABR
593

"Ən azı 2 əsas internet provayderi yaradılmalıdır": "AmCham"dan TÖVSİYƏLƏR

2016-11-21 18:12:00

Hazırda Azərbaycanda 1-ci səviyyəli iki İnternet Xidmət Provayderi olan “Delta Telecom” və “AzerTelecom” arasında qarşılıqlı əlaqə yoxdur. Bu da xidmət səviyyəsinə öz mənfi təsirini göstərir və onların müştəriləri üçün informasiya təhlükəsizliyi ilə bağlı müəyyən risklər yaradır.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") hazırladığı “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” (“Ağ sənəd – White paper”) adlı sənəddə, İnformasiya Kommunikasiya texnologiyaları ilə bağlı tövsiyələrdə bildirilir.

"AmCham"ın ölkə prezidentinə təqdim etdiyi sənəddə deyilir ki, Azərbaycanda internet tarifləri yüksəkdir: “Bu qarşılıqlı əlaqənin çatışmazlığı həmçinin ölkədə internet tariflərinin yüksək olmasının da səbəbi hesab olunur”.

“Ağ vərəq”də ötən ilin noyabrında “Delta Telekom”da baş verən qəza haqqında da məlumatlar yer alıb: “Hazırda Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi (XRİTDA) dövlət qurumlarına 2-ci səviyyəli İnternet Xidmət Provayderi kimi xidmət edir. XRİTDA öz internet mənbəyini 1-ci səviyyəli İnternet Xidmət Provayderi olan “Delta Telecom” şirkətindən əldə edir. Ötən ilin 16 noyabr tarixində “Delta Telecom”da qəza baş verib və bunun nəticəsində dövlət qurumlarının internetlə təminatında dayanmalar olub. Tövsiyəmiz ondan ibarətdir ki, XRİTDA ehtiyat internet mənbəyinin olması üçün yuxarıda göstərilən 1-ci səviyyəli provayderlərin hər ikisindən istifadə etsin".

"Ağ vərəq"də ölkə üçün çox önəmli hesab olunan bəzi şirkətlərdə də ehtiyat mənbədən istifadənin tətbiqinin dövlət tərəfindən tənzimlənməsi də tövsiyə edilir: "Ölkənin 2 birinci səviyyəli İnternet Xidmət Provayderi arasında qarşılıqlı əlaqənin yaradılması məsələsi ölkə üçün mühüm hesab olunur və bu işi gecikdirmək olmaz. Nəticədə ölkədə son istifadəçilər üçün internet tariflərinin azaldılmasına da müsbət təsir göstərəcək”.

 

 

 

Mənbə: Report

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272